Zelenskiyə izah etdilər ki, artıq vaxtıdır - Soskin

26 İyul 2024 18:19

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlara uyğun deyil. Ukrayna münaqişəsinin həlli Kiyev rejiminin yenidən formatlaşdırılmasını tələb edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu fikirləri Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib.

Onun sözlərinə görə, nə Prezident Ofisinin rəhbəri Andrey Yermak danışıqlara uyğun gəlir, nə də Ukraynanın müdafiə naziri Rüstəm Umerov:

"Görünür, Zelenskiyə bu müharibəni bitirməyin vaxtı olduğun izah ediblər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun