Bakıda avtomobil işıq dirəyinə çırpıldı - ölən var

26 İyul 2024 09:55

Bakıda avtomobil işıq dirəyinə çırpılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Ruslan İsgəndərov idarə etdiyi "Opel" markalı avtomobillə idarəetməni itirirək yol kənarında işıq dirəyinə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin, 1987-ci il təvəllüdlü Vüsal İsmayılov hadisə yerində ölüb. Sürücü və digər iki sərnişin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun