Bakıda restorandan çıxan şəxsi maşın vurdu

26 İyul 2024 12:21

Bakının Sabunçu rayonunda bir nəfəri maşın vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Şıxlı Ziya Şükür oğlu restorandan çıxıb əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun