Trampdan Zelenskiyə: Onlar Hitlerə qalib gəlib, savaşı bitir!

25 İyul 2024 23:55

Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı apardığını açıqlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Tramp "Foks Nyus"a açıqlamasında deyib.

"Prezident Zelenski mənə zəng etdi, yaxşı danışıq oldu. Dedim ki, biz müharibəni bitirməliyik. Bu, (Rusiya nəzərdə tutulur - red.) hərbi maşındır, siz hərbi maşınla mübarizə aparırsınız. Onlar Hitlerə, Napoleona qalib gəliblər", - deyə Tramp bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun