"Whatsapp"dan maraqlı yenilik

25 İyul 2024 23:19

Vatsap messenceri istifadəçilərə yeni funksiya təqdim etməyə hazırlaşır.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "WABetaInfo dərc edib.

Məlumata görə, yenilik statuslarla bağlı olacaq. Belə ki, əlaqələrinizdəki şəxslərin paylaşdığı statusu siz də yayımlaya biləcəksiniz.

Qeyd olunur ki, funksiya hazırda inkişaf mərhələsindədir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun