Azərbaycanda məmur kabinetində vəfat etdi - FOTO

25 İyul 2024 21:39

Kürdəmir rayonunda vəzifəli şəxs xidməti kabinetində vəfat edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi Arif Yəhyazadə bu gün səhər saatlarında iş yerində vəfat edib.

O, kabinetində olarkən qəfil ürəktutmasından dünyasını dəyişib.

47 yaşlı şöbə rəisi Göyçay rayonunda dəfn edilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun