Sabiha Gökçendən uçuşların sayı azaldılacaq

25 İyul 2024 20:41

Əlverişsiz hava şəraiti ilə əlaqədar sabah İstanbulda yerləşən Sabiha Gökçen beynəlxalq hava limanında uçuşların sayı azaldılacaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yerli vaxtla sabah saat 15:00-a qədər uçuşların sayı 5 faiz azaldılacaq.

Bütün sərnişinlərə uçuşların son vəziyyətini müvafiq aviaşirkət vasitəsilə izləmələri tövsiyə olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun