Millilərimiz Ermənistanı məğlub etdi

25 İyul 2024 20:34

18 yaşadək oğlanlardan ibarət basketbol millisi də Albaniyanın Elbasan şəhərində keçirilən Avropa çempionatının C divizionunda Ermənistanı məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib.

B qrupunda yer alan millimiz qrupun son matçında rəqibinə 76:69 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yığmamızın qrupda ilk rəqibi Moldova olub. Anar Sarıyevin yetirmələri bu görüşdə 87:76 hesablı qələbəyə seviniblər.

*****

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda qrupdakı sonuncu matçını keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Ermənistanla qarşılaşan Evren Alkayanın rəhbərlik etdiyi yığma 68:42 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, Azərbaycan seçməsi ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edib. Qrupdakı ikinci oyunda Gürcüstan üzərində 74:68 hesabı ilə qələbə qazanan komanda Avropa çempionatının yarımfinalına vəsiqəni təmin edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun