Rusiya Rumıniya ərazisinə zərbə endirib? - Açıqlama

25 İyul 2024 20:19

Rumıniya ərazisinə PUA hissələrinin düşməsi ilə bağlı məlumatlardan sonra Rusiyanın bu ölkə ərazisinə məqsədli şəkildə zərbə endirdiyini düşünmürük.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə NATO nümayəndəsi Fərəh Dahlalla deyib.

"NATO Rusiyanın alyans ərazisinə qəsdən hücum əlaməti görmür" - deyə alyans rəsmisi bildirib.

O bildirib ki, NATO son günlərdə hava patrullarının sayını artırmaqla hava məkanındakı vəziyyətə nəzarəti artırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun