"Deyirlər, həmin müğənni ilə eşq yaşamısan"

25 İyul 2024 19:32

Aparıcılar Zaur Kamalla Kazım Sübhan arasında gərgin anlar yaşanıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Həmin Zaur" verilişinə qatılan Kazım həmkarına "Deyirlər, bir müğənni ilə eşq yaşamısan" sualını ünvanlayıb. 

Suala təəccüblənən Zaur "Aparıcı cürəti olmalıdır. Müğənninin adını deməlisən" reaksiyasını verib. 

Kazımın "Sən hamıya elə sual verirsən. Görürsən ki, əsəbiləşirsən" sözlərinə "Mən ad deyirəm. Niyə əsəbiləşirsən? Ad deyə bilmədin" cavabını verib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun