Zəncəfilli limonadı necə hazırlamaq olar?

25 İyul 2024 21:49

İsti havalarda evdə hazırlanmış sərinləşdirici içkilərdən daha yaxşı bir şey yoxdur. Bu cür içkilər həm sağlam olur, həm də hazırlanması çox sadədir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, xüsusilə zəncəfilli limonadın orqanizmə bir çox faydası var.

Lazım olan ləvazimatlar

- kiçik bir parça soyulmuş zəncəfil kökü (təxminən üç santimetr);
 - 100 ml su;
 - bir neçə qaşıq bal və şəkər (zövqünüzə uyğunlaşdırın);
 
Hazırlanma qaydası

Zəncəfil kökü soyulmalıdır. Sonra zəncəfili sürtgəcdən keçirin. Bir qazanda, göstərilən miqdarda şəkəri su ilə qarışdırın. Qarışımın jele kimi olmasını gözləyin Daha sonra zəncəfil kökünü əlavə edin. İki dəqiqə qaynadın. Bal əlavə edin. İçki süzülməli və soyumalıdır. 

Nanə və buz əlavə edib, içə bilərsiniz. 

Nuş olsun!

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun