Vaşinqtonda ABŞ bayrağını yandırdılar

25 İyul 2024 18:13

İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ- a səfərinə etiraz edən Fələstin tərəfdarları Vaşinqtondakı qatar stansiyasının qarşısındakı Amerika bayraqlarını cıraraq yandırıblar.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.

"Baş nazir Benyamin Netanyahunun həbs olunmasını tələb edən etirazçılar dirəkləri endirib, sonra Amerika bayraqlarını yandırıblar", - deyə məlumatda bildirilir.

Bundan əvvəl fəallar Netanyahunun başçılıq etdiyi İsrail nümayəndə heyətinin qaldığı Vaşinqtondakı "Watergate" otelinə həşəratlar səpələyiblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun