Abşeronda körpə qızdırmadan öldü

25 İyul 2024 11:27

Abşeron rayonunda körpə qızdırmadan vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Masazır qəsəbə sakini 2024-cü il təvəllüdlü Ə.Hacızadə yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

Körpə xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun