Putin: Bu, birbaşa olaraq Suriyaya da aiddir

25 İyul 2024 10:55

Rusiya prezidenti Vladimir Putin Kremldə Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Görüşdə Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. Putin Yaxın Şərqdə və Suriyada vəziyyətin hazırda kəskinləşməyə meylli olduğunu qeyd edib.

"Əfsuslar olsun ki, Yaxın Şərqdə vəziyyət kəskinləşməyə meyllidir. Bu birbaşa olaraq Suriyaya da aiddir", - o deyib.

Bundan başqa, Putin suriyalı həmkarının regiondakı vəziyyətlə bağlı fikirləri ilə maraqlanıb.

"Bütünlükdə regionda vəziyyətin necə inkişaf etdiyinə dair fikirləriniz mənə çox maraqlıdır", - Putin Əsədə deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun