Qızına Türkiyədə ad günü etdi - VİDEO - FOTO

25 İyul 2024 10:57

Xalq artisti Natiq Şirinovun qızı Səmanın ad günü olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, nağara ifaçısı övladının özəl gününü Türkiyədə qeyd edib. O, ailəsi ilə birlikdə Trabzona yollanıb. 

Ad günündən fotoları ifaçının həyat yoldaşı və övladları paylaşıblar. Şəkillərdə N.Şirinovun böyük qızı Sevil, kürəkəni Semih və övladı Səma yer alıblar. 

Qeyd edək ki, N.Şirinovun 3 övladı var. Onun oğlu Ümid Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə ailəlidir. 

Milli.Az