4 yaşlı uşaq kanalda boğuldu

25 İyul 2024 09:33

Sabirabad rayonunda azyaşlı uşaq kanalda boğulub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Bala-Həşimxanlı kəndində qeydə alınıb.

Belə ki, 2020-ci il təvəllüdlü Yusif Penciyev evlərinin həyətində oynayarkən yaxınlıqdan keçən kanala düşüb və boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun