Xamenei ivrit dilində yazdı: HƏMAS-ı diz çökdürə bilmədilər!

25 İyul 2024 08:16

ABŞ və İsrail Qəzza zolağında HƏMAS hərəkatını məhv edə bilməyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Əli Xamenei X səhifəsində ivrit dilində yazıb.

"Müqavimətin gücü hər gün daha aydın görünür, hətta hərbi, siyasi və iqtisadi baxımdan sionistləri (İsraili) HƏMAS-a qarşı mübarizədə dəstəkləyən ABŞ belə, onu diz çökdürməyi bacarmayıb", - deyə Xamenei qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun