Ukraynalı hərbçilər bir-birilərini güllələdi

25 İyul 2024 08:12

Xarkov vilayətində ukraynalı hərbçilər arasında silahlı atışma baş verib, nəticədə onlardan 3-ü ölüb, 4-ü isə yaralanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Xortitsa" əməliyyat-strateji qoşun qruplaşmasının məlumatında deyilir.

Bildirilib ki, hadisə şəxsi münasibətlər zəmnində baş verib.

Yaralı hərbçilərin tibb mərkəzinə çatdırıldığı, onlara lazımi yardımın göstərildiyi deyilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun