Qəbələdə güclü yağış çaylarda selə SƏBƏB OLDU

25 İyul 2024 00:47

Qəbələdə anidən başlayan güclü yağış bir neçə böyük çayda selin gəlməsinə səbəb olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, güclü yağış rayonun Dəmiraparançay və digər iki böyük çayda selin gəlməsi təhlükə yaradıb.

Rayonun Abrıx və Tikanlı kəndlərinin seldən mühafizəsi üçün əraziyə texnika cəlb olunduğu bildirilir.

Hazırda tələfatla bağlı hər hansı məlumat yoxdur

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun