Küçədə yeni doğulmuş körpə tapıldı

25 İyul 2024 00:24

Rusiyanın Kursk vilayətində küçədə yeni doğulmuş qız uşağı tapılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Fatej şəhərinin Lesnaya küçəsində qeydə alınıb. Yoldan keçən biri yeni doğulmuş uşağı polisə xəbər verib, körpə xəstəxanaya aparılıb, həkimlər onu müayinə edib və ilk yardım göstəriblər. 

Faktla bağlı cinayət işi başlanıb. Polis uşağı təhlükə altında tərk edən ana və ya digər qohumlarını axtarır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun