"Barselona" İspaniya millisinin və "Atletik Bilbao"nun cinah oyunçusu Niko Uilyamsla müqavilə ilə bağlı şifahi razılığa gəlib.
Milli.Az lent.az-a istinadən bildirir ki, Uilyamsla müqavilədə hər mövsüm maaşın artırılması nəzərdə tutulur. "Barselona"nın 60 milyon avroluq transferi ödəmək üçün pulu olduğu bildirilir, lakin klub komanda üçün yeni transferi qeydə almaqda çətinlik çəkir.
Ötən mövsüm Uilyams klub və milli komandanın heyətində bütün yarışlarda 48 matçda iştirak edib, 10 qol vurub və 24 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun