Şolts: Almaniya Ukraynaya qoşun göndərməyəcək

25 İyul 2024 06:45

Almaniya Ukraynaya qoşun göndərməyəcək və Rusiya ilə müharibəyə səbəb ola biləcək hər hansı addım atmayacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Saarbrükkendə vətəndaşlarla danışarkən bildirib.

"Mən Ukraynaya əsgər göndərmirəm. Mən alman pilotları və alman qırıcıları ilə rus təyyarələrini və raketlərini vurmayacağam. Xeyr, bunu etməyəcəyik", - kansler vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun