Ötən il neçə nəfər aclıqdan əziyyət çəkib? – Dəhşətli rəqəm

25 İyul 2024 06:33

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) "Dünyada ərzaq təhlükəsizliyi və qidalanma sahəsində vəziyyət" (SOFI) adlı illik hesabatını yayımlayıb.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, hesabata görə, 2023-cü ildə dünyada aclıqdan əziyyət çəkən insanların sayı təqribən 733 milyon nəfər olub. Bu isə hər 11 nəfərdən birinin ac qaldığını göstərir.

Afrika qitəsində isə hər 5 nəfərdən biri aclıqla üzləşib.
Son 3 ildə rəqəmlər yüksəlməyə davam edir. Belə ki, 2019-cu ildən bəri kifayət qidalana bilməyən insanların sayı təxminən 152 milyon nəfər artıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun