Netanyahu ABŞ Konqresində çıxış edib

24 İyul 2024 22:53

İsrail ABŞ ilə birlikdə Yaxın Şərqdə "İranın terror oxu ilə toqquşmada" qalib gələcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatasının birgə iclasında çıxışı zamanı deyib.

"Sizi əmin edə bilərəm ki, biz qalib gələcəyik. ABŞ və İsrail bir yerdə olanda biz qalib gəlirik, onlar isə uduzur. ABŞ və İsrail bir yerdə olmalıdır", - hökümət başçısı vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun