Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği" adı ilə elm dünyasına təqdim edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu günə qədər bir çox bitkinin kəşfində iştirak edən Hasan Yıldırım Muğla vilayətinin Akyaka rayonunda yaşayan təbiətsevər Yasemin Silierin paylaşdığı bitki fotoşəkilləri əsasında araşdırmalara başlayıb.
Daha sonra bir neçə həmkarı ilə birlikdə bitkinin yetişdiyi bölgəyə gedən mütəxəssis bitki növünə aid nümunələr toplayıb, bu növlərin ədəbiyyatda qeydiyyata alınmadığını müəyyən edib və bununla bağlı hazırladıqları elmi məqaləni Yeni Zelandiyada nəşr olunan "Phytotaxa" jurnalına göndərib.
Jurnalın son sayında dərc olunan məqalə ilə ədəbiyyata daxil edilən bitkiyə "Muğla emceği", elmi olaraq isə "Onosma serpentinica" adı verilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun