Hersoqu Parisdə təyyarədən düşməyə qoymadılar

24 İyul 2024 22:36

İsrail Prezidenti İshaq Hersoq və onun nümayəndə heyəti Paris hava limanına endikdən sonra təyyarədən düşməsinə izn verilməyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu, təhlükəsizlik təhdidinə görə olub və Prezident Hersoq 40 dəqiqə təyyarədə gözləyib.

İsrail mediası yazır ki, Parisdə keçirilən Olimpiya Oyunlarına qatılan İsrail nümayəndə heyəti gücləndirilmiş təhlükəsizliklə təmin edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun