Pulsuz SMS göndərmək istəyirsiniz?

21 İyun 2012 22:49
Servis internetə qoşulmuş smartfon, kompüter, planşet kompüteri və istənilən qurğudan pulsuz SMS yollamağa imkan verir.

Milli.Az "GigaOm"a istinadən bildirir ki, SMS-lərin hamısı sinxronlaşdırılır və bir telefon nömrəsinə bağlı olur. "MightyText" istənilən yerdən və istənilən qurğudan mətn mesajı yollamağa imkan verir.

Mobil platformalar arasında isə "MightyText" yalnız "Android"lə "dostluq" edir.

"MightyText" yaradıcıları "Google"un sabiq əməkdaşları Maniş Arora Ammt Sanqandır.

Milli.Az