Yeraltı qaz kəməri zədələndi, iki kənd qazsız qaldı

24 İyul 2024 19:20

Biləsuvar rayonunda internet xətti çəkilən zaman yeraltı qaz kəmərinin zədələnməsi nəticəsində iki kənd qazsız qalıb.

Milli.Az-ın report.az-a istinadən məlumatına görə, rayonun Səmədabad kəndi ərazisində internet xətti çəkilən zaman yeraltı qaz kəməri zədələnib.

Bununla əlaqədar Səmədabad və Arazbarı kəndlərinin ümumilikdə 600 abonentinin qaz təchizatı dayandırılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun