Facebook-un öz pulu olacaq
21 İyun 2012 14:40
Milli.Az sosial şəbəkənin rəsmi bloquna istinadən bildirir ki, Facebook-un istifadəçiləri proqram əlavələri və oyunlardakı "poynt"lar üçün ödənişləri yaşadıqları ölkədə gerçəkləşdirə biləcəklər.
Bunun üçün Facebook öz pulunu, "Credits"ləri tətbiq edəcək.
"Credits"ləri real pula hədiyyə və kredit kartları, "PayPal" ödəniş sistemi və s. vasitəsilə çevirmək olar.
"Credits"lər dünyanın 15 valyutasında mövcuddur və "Credits"lə hər əməliyyata görə Facebook proqram təminatı müəlliflərindən 30 faiz vergi tutacaq.
İyul ayında isə Facebook aylıq abunə hesabı əsasında ödəniş sistemini tətbiq edəcək.
Milli.Az