Kuleba: Rusiya ilə danışıqlara hazırıq

24 İyul 2024 18:41

Çinin xarici işlər naziri Vanq İ və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Çinin Quançjou şəhərində görüşü baş tutub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin və Ukrayna nümayəndə heyətindəki mənbənin verdiyi məlumata görə, Kuleba ilə Vanq İ arasında danışıqlar üç saat çəkib.

"Danışıqlar nəzərdə tutulduğundan çox davam etdi. Çox dərin və konkret söhbət oldu", - deyə Ukrayna nümayəndə heyətindəki mənbə bildirib.

Həmçinin, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba qeyd edib ki, Ukrayna tərəfi Çinin sülhün möhkəmləndirilməsində və beynəlxalq asayişin qorunmasında müsbət və konstruktiv rolunu yüksək qiymətləndirir.

"Ukrayna Çin tərəfinin fikirlərinə böyük əhəmiyyət verir və böhranın siyasi həlli ilə bağlı Çin və Braziliyanın altı bəndli konsensusunu diqqətlə araşdırıb. Ukrayna Rusiya ilə dialoq və danışıqlara hazırdır. Təbii ki, danışıqlar ağlabatan və əsaslı olmalıdır, ədalətli və davamlı sülhə nail olunmasına istiqamətlənməlidir", - deyə Kuleba vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun