Bu il hansı dərmanlar apteklərdən yığışdırılıb? - RƏSMİ AÇIQLAMA

24 İyul 2024 18:05

Azərbaycanda tez-tez apteklərdə yoxlamalar aparılır, həmçinin, laboratoriyalarda tibb və əczaçılıq vasitələrinin keyfiyyəti yoxlanılır.

Ötən illərdə laboratoriya yoxlamaları zamanı bir neçə dərman vasitəsi istehsalçı tərəfindən təqdim edilmiş keyfiyyət parametrlərinə uyğunsuzluq aşkar edildiyi üçün geri çağırılıb.

Bəs bu il belə hallar olubmu və hansı dərmanlar geri çağırılıb?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, bir adda dərman əczaxanalardan yığışdırılıb:

"Bu ilin ilk altı ayı ərzində istehsalçı tərəfindən təqdim edilən keyfiyyət parametrlərinə uyğunsuzluqlar aşkar edildiyinə görə "Aminoselekt" dərman vasitəsinin bütün seriyaları geri çağırılıb".

Qeyd edək ki, geri çağırılan dərman vasitəsi İtaliyanın "Industria Farmaceutica Galenica Senese Srl" istehsalçısına məxsusdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun