Bu tələbələrin köçürülməsinə yol verilmir

24 İyul 2024 17:41

Təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsinə dair ən çox soruşulan suallara cavab verilərkən bildirilib.

Qeyd edilib ki, bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində normativ təhsil müddətinin sonuncu tədris ilində və ya normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun