Dilənçinin bankdakı pulları görənləri təəccübləndirir

24 İyul 2024 17:35

Türkiyədə dilənçinin bankdakı pulları görənləri heyrətə gətirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Çorum şəhərində polis əməkdaşları dilənçilərə qarşı tədbirlər görüblər. Bu zaman dilənçilik edən M.D. adlı yaşlı qadın saxlanılıb. Araşdırma zamanı onun bank hesabında 191 min manat pul (təxminən 9893 manat) olduğu üzə çıxıb.

Qadına qarşı pul cəzası təyin edilib.

Polisdən verilən açıqlamada ərazidə dilənçilərə qarşı tədbirlərin davam etdiriləcəyi və onlara imkan verilməyəcəyi bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun