“Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik edildi

24 İyul 2024 15:51

Prezident İlham Əliyev "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  sənədə əsasən, sözügedən qanunun mətninə "olimpiya" sözündən sonra "və paralimpiya" sözləri əlavə edilib.

Milli.Az