Bakı metrosunun Müşahidə Şurasının tərkibi dəyişdi

24 İyul 2024 15:41

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsaəsn, Şuranın üzvü olan rəqəmsal inkişaf və nəqliyyatı nazirinin müavini Samir Məmmədov digər nazir müavini Rəhman Hümmətovla əvəz edilib.

Milli.Az