Emin İbrahimova ittiham verildi - Məhkəməyə çıxarılır

24 İyul 2024 15:35

Bir nəfəri bıçaqlama şübhəsi ilə saxlanılan keçmiş diplomat Emin İbrahimov cinayət məsuliyyətinə cəlb edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

E.İbrahimov barəsində qətimkan tədbiri seçilməsi üçün Nizami Rayon Məhkəməsinə çıxarılacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun