Türkiyədə həbsxanada kütləvi zəhərlənmə: Məhbuslar xəstəxanaya köçürüldülər

24 İyul 2024 15:10

Türkiyənin Dənizli bölgəsində həbsxanada qidadan zəhərlənmə olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Honaz rayonunun Kocabaş rayonundakı D tipli qapalı cəzaçəkmə müəssisəsində saxlanılan məhbusların halı yemək yedikdən sonra pisləşib.

Həbsxanada ürəkbulanma və qusma şikayətləri ilə ilkin tibbi yardım alan məhbuslar qida zəhərlənməsi şübhəsi ilə şəhər xəstəxanalarına göndəriliblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun