Türkiyənin yeni həmləsi: 5 döyüş gəmisi bölgədə - Yunanıstan qorxu içində - FOTO

24 İyul 2024 13:59

Prezident Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin ( KKTC ) paytaxtı Lefkoşada Kipr Sülh Hərəkatının 50-ci ildönümü ilə əlaqədar 20 İyul Sülh və Azadlıq Günü mərasimində iştirak edib və orada mühüm açıqlamalar verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu çıxışlardan sonra Yunanıstanın müdafiə naziri Nikos Dendias və səhiyyə naziri Adonis Georgiadis müsahibələrində Türkiyəni hədələyiblər. Ərdoğanın çıxışından sonra Türkiyə yenidən yunan mətbuatının manşetlərindədir.

Ərdoğan bildirib ki, Ankara iki dövlətli həlldən başqa heç bir təklifi qəbul etməyəcək:

"Lazım gəlsə, şimalda dəniz bazası və hərbi dəniz strukturları inşa edəcəyik".

Bunun ardından Yunanıstanın müdafiə naziri Nikos Dendias Kiprdəki türk ordusu "işğalçı" adlandırıb.

Bundan sonra Yunan mətbuatı Türkiyəni yenidən manşetlərə çıxarıb. "Kathimerini" qəzeti öz səhifələrində Türkiyə döyüş gəmilərinin Kerpe və Çoban adaları xaricində göründüyünü yazıb.

Qəzet bugünkü manşetində Türkiyənin gərginliyi artırdığını iddia edərək, Kerpe ilə Çoban adası (Kasos və Karpatos) arasındakı sahil zonasının bir qədər kənarında yerləşən bölgəyə son 24 saatda 5 döyüş gəmisi yerləşdirdiyini qeyd edib.

Hazırda Krit ilə Cənubi Kipr arasında sualtı kabel çəkilməsi ilə bağlı araşdırmalar aparan İtaliya bayraqlı "Ievoli Relume" gəmisi də bölgədədir.

Qəzet həmçinin qeyd edib ki, türk hərbi gəmilərinin mövqeyi Yunanıstanın ərazi sularının bir qədər kənarındadır. Əslində qəzet gəmilərin yerini yazmaqla gərginliyin artması iddiasının doğru olmadığını da öz-özünə təsdiqləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun