Türkiyədə qurulan Azərbaycan şirkətlərinin sayı azaldı

24 İyul 2024 13:08

2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Azərbaycan kapitalı ilə 111 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19 şirkət azdır.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 80 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 155 milyon türk lirəsi təşkil edib", - deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyun ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (95) qeydiyyata alınıb.

"İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 72 milyon türk lirəsi təşkil edib", - deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Azərbaycan kapitalı ilə 59 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun