Surə Rüfətin solo konserti keçirildi - VİDEO - FOTO

24 İyul 2024 12:58

Azərbaycan Milli konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının Əməkdar müəllim professor Fatima İdyatulinanın sinfində təhsil alan Surə Rüfətin Rotunda holun açıq hava səhnəsində solo konserti keçirildi.

14 yaşlı violin ifaçısı öz konsertində 3 dildə aparıcılıq edib.Gözəl seçilmiş klassik-romantik əsərlərdən ibarət repertuarı əziz insanlarna: müəlliməsinə, məktəbinə və s.həsr edərək  aparıcı konsrtmeyster Baş müəllim Svetlana Əhmədovanın müşayyəti ilə yüksək səviyədə səsləndirdi.Geyd etmək lazımdı ki Surə uğur qazandığı (14 birinci yer)Beynəlxalq müsabiqələrin siyahısında dünyada nüfuzlu violin müsabiqələrin adları var.2024-ci ildə Parisdə 20 yanvar faciyəsinə həsr olunan solo konserti keçirilib.İsveçrədə və Fransada müsabiqələrdə 1-ciliyi qazanaraq orkestrlarla Qala konsertlərdə Azərbaycanı yüksək səviyyədə təmsil edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun