Qarajda sevgilisi ilə görüşən qadın evli imiş - Qonşular danışdı - YENİLƏNİB

24 İyul 2024 19:55

Qarajda görüşdüyü oğlanla birlikdə faciəli şəkildə ölən qızın qonşuları Baku TV-yə danışıblar.

Onlar bildiriblər ki, qızla oğlan telefon söndüyünə görə heç kəsə cavab verə bilməyiblər:

"Maşın işlək olub, sonra o da sönüb. Qonşular qaraja baxmağa gediblər. Görüblər ki, qızın ayaqları yerdə olub, çabalayıb ki, çıxsın, çıxa bilməyib. İkisi də orada ölüb. Qız evli olub, ərindən tam ayrılmamışdı".

--------

12:35
 

Qubada iki nəfər faciəli şəkildə ölüb.

Milli.Az bildirir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, gecə saatlarında 1987-ci il təvəllüdlü Mehyəddin Məmmədov və 1992-ci il təvəllüdlü Aysel Əzizova qarajda olan minik avtomobilində görüşüblər.

Avtomobilin kondisionerin işlək vəziyyətdə olması qarajda dəm qazının yığılmasına və faciəyə səbəb olub. Hər iki şəxsin meyiti səhər saatlarında aşkarlanıb.

M.Məmmədov subay, A.Əzizova isə əvvəllər evli olub, iki övladı var.

Faktla əlaqədar olaraq Quba Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Milli.Az