Həbib Nurməhəmmədovun Rusiyadan çıxışına qadağa qoyuldu

24 İyul 2024 12:08

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədova qarşı Rusiyada 79,4 milyon rubl (təxminən 1,5 milyon manat) müqabilində icra prosesi başlanılıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilir ki, bu, iyulun 5-də baş verib, bundan sonra Həbibin Rusiyadan çıxışı qadağan edilib. Məhkəmə icraçıları onun əmlakının müsadirə və satılması üçün axtarış proseduruna başlayıb.

Nurməhəmmədovun Dağıstanda ailə evi və altı inanılmaz bahalı avtomobil parkı var: Ferrari California T - 300 min dollar, Mercedes-Benz AMG GT S - 161 min dollar, Mercedes-Benz S-Class - 122 min dollar, BMW 7-ci seriya - 101 min dollar, Toyota Land Cruiser - 85 min dollar, Toyota Tacoma - 44 min dollar.

UFC çempionunun vergi orqanlarına borcu hazırda 300 milyon 378 min rubldan (təxminən 5,8 milyon manat) çoxdur. Onun hesabları da bloklanıb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun