Nepalda dəhşətli qəza: Təyyarə yandı, ölənlər var

24 İyul 2024 11:42

Nepalın "Saurya" Hava Yolları şirkətinə məxsus təyyarə Katmandunun Tribxuvana Beynəlxalq Hava Limanında qəzaya uğrayıb və yanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki,  təyyarədə 19 nəfər olub. Xilasedicilər təyyarədən 5 nəfərin cəsədini çıxarıblar. Təyyarənin kapitanı sağ qalıb və xəstəxanaya aparılıb.

Təyyarənin Katmandu-Pokxara reysi ilə uçduğu məlum olub. Yerli mətbuatın xəbərinə görə, təyyarədə aviaşirkətin əməkdaşları olub.

Yanğınsöndürənlər və təcili tibbi yardım maşınları hadisə yerindədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun