Moskvada yüksək rütbəli zabitin avtomobili partladıldı - özü və arvadı yaralandı - VİDEO

24 İyul 2024 11:16

Moskvada təxribat nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə rəis müavini Andrey Torqaşov yaralanıb.

APA Rusiya KİV-nə istinadən xəbər verir ki, o, partlayış nəticəsində ayağının bir hissəsini itirib.

Xatırladaq ki, bu gün Moskvanın şimalında"Toyota Land Cruiser" avtomobilinin partlaması nəticəsində kişi və qadın yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun