Azərbaycanda nadir xəstəlikdən ölüm

24 İyul 2024 10:35

Azərbaycanda "qırmızı qurd eşənəyi" xəstəliyindən ölüm faktı qeydə alınıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Neftçala rayonunda baş verib. 

Rayonun Həsənabad qəsəbə sakini, 1975-ci il təvəllüdlü Eldəniz Məmmədov ağır vəziyyətdə Neftçala rayon Mərkəzi Xəstəxanasına daxil olub və orada ölüb.

İlkin məlumata görə, E.Məmmədov "qırmızı qurd eşənəyi" xəstəliyindən ölüb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az