UEFA Morata və Rodriyə qarşı iş açdı

24 İyul 2024 10:21

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ispaniyalı futbolçular Alvaro Morata və Rodriyə qarşı Cəbəllütariq milliliyini mübahisələndirən mahnıya görə intizam işi açıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Hadisə iyulun 15-də Madriddə İspaniya millisinin futbol üzrə Avropa çempionatında qələbəsini qeyd edərkən baş verib. İyulun 16-da Cəbəllütariq Futbol Assosiasiyası UEFA-ya şikayət göndərmək qərarını açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun