Bakıda 9 nəfər liftdə qaldı: xilasedicilər gəldi

24 İyul 2024 10:15

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində beş halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin (FHN)mətbuat xidmətinə istinadən bildirir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 9 nəfərə müvafiq köməklik göstərilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun