KXDR Cənubi Koreyaya yenidən zibil balonları buraxdı

24 İyul 2024 13:25

Şimali Koreya 10-cu dəfə Koreya Respublikasına doğru zibillə dolu şarları havaya uçurub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Seul rəhbərliyi məlumat yayıb.

"Seulda Şimali Koreyadan düşmüş zibil balonları tapılıb", - Seul meriyasının məlumatında diqqətə çatdırılıb.

Onlar həmvətənlərindən bu obyektlərə yaxınlaşmamalarını və balonlar aşkar edilərsə, hərbçilərə və ya polisə məlumat vermələrini xahiş ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun