Ermənipərəst senator Menendes istefa verəcək

24 İyul 2024 09:39

Korrupsiyada təqsirli bilinən Nyu-Cersi ştatından olan ABŞ senatoru Robert Menendes avqustun 20-də istefa verəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "New Jersey Globe" portalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, senator istefa ərizəsini iyulun 23-də təqdim edəcəyi gözlənilir. Menendes daha əvvəl ABŞ Konqresindəki 30 illik karyerasını bitirmək niyyətində olduğuna dair xəbərləri təkzib etmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun