1 milyon rüşvət alması ilə bağlı sübut olmadığını açıqladı

24 İyul 2024 09:17

Rusiya müdafiə naziri Sergey Şoyqunun keçmiş müavini Timur İvanov bildirib ki, onun işində külli miqdarda rüşvət alması ilə bağlı heç bir sübut yoxdur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TASS" iş materiallarına istinadən məlumat yayıb.

Materiallara görə, İvanov əməllərində cinayətin olmadığını deyib və bunu "vətəndaş münasibətlərinin nəticəsi" adlandırıb.

Xatırladaq ki, T.İvanov aprelin 23-də 1 milyon rubl (19 000 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçmişdi. İyun ayında isə həbs müddəti 3 ay daha uzadılıb.

İttiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun